Skip to content

İdeal Xəbər

  • Siyasət
  • Cəmiyyət
  • Ölkə
  • Dünya
  • Hadisə
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • İqtisadiyyat
  • Təhsil
  • Maraqlı
  • Toggle search form
  • Əməkdar artist qızını PAYLAŞDI: “Həyatımın ən böyük imtahanı…” – FOTO Mədəniyyət
  • Ceffri Epşteynin oxşarı sensasiya yaratdı Dünya
  • İranda son bir ildə 15 min insan yol qəzalarının qurbanı olub Dünya
  • Azərbaycanda süni intellektlə bağlı yeni cəzalar hansı risklər yarada bilər? Ölkə
  • ​Cibinizdəki “saatlı bomba”: Hər gün etdiyimiz bu hərəkət telefonu daxildən məhv edir Cəmiyyət
  • Azərbaycan nefti cüzi ucuzlaşıb İqtisadiyyat
  • ABŞ ordusu Maduronu ələ keçirmək üçün süni intellektdən istifadə edib Dünya
  • KİV: “Rusiya və Ukrayna atəşkəs üçün müəyyən razılığa gəliblər” Dünya

Qadınlarla bağlı hərbi xidmət haqqında – Qanuna dəyişiklik edilir

Posted on 17 Fevral 2026 By admin Şərh yoxdur Qadınlarla bağlı hərbi xidmət haqqında – Qanuna dəyişiklik edilir

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılacaq.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib. Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.
Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.
Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur.
Bildirilib ki, bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.
Ölkə

Yazı naviqasiyası

Previous Post: “Bolmart” qiymətdə müştəriləri belə aldadır – Fotofakt
Next Post: Fillərin burnundakı bığlar toxunma duyğularında əsas rol oynayır

Related Posts

  • Moskvadan Bakıya uçan təyyarənin geri qayıtma səbəbi açıqlandı Ölkə
  • Bakıda və Abşeronda güclü külək əsir, regionlarda duman var – FAKTİKİ HAVA Ölkə
  • Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib Ölkə
  • Dövlət Gömrük Komitəsində qadın şöbə rəisi TƏYİN EDİLDİ Ölkə
  • Rayonlarda yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ Ölkə
  • Azərbaycanda yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ Ölkə

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • İbrahim Tatlısəs qızını məhkəməyə verdi Mədəniyyət
  • Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir – Baş nazir  İqtisadiyyat
  • “Vaşinqton təxribatı”nı kim(lər) təşkil edib?! – Adlar, gizlinlər və təfərrüatlar… Siyasət
  • Bakıda bu halda kirayə qiymətləri kəskin düşə bilər Cəmiyyət
  • “Nyukasl”la oyunun biletləri bu gün satışa çıxarılır İdman
  • Həyat dinozavrlardan sonra düşündüyümüzdən daha tez qayıtdı – Alimlərin tədqiqatı Dünya
  • “ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar” Siyasət
  • “Biri ilə çay içirəm, başqa yerə yozur” Cəmiyyət

Müəllif hüquqları qorunur © 2026 İdeal Xəbər

Powered by PressBook News WordPress theme

Powered by
...
►
Necessary cookies enable essential site features like secure log-ins and consent preference adjustments. They do not store personal data.
None
►
Functional cookies support features like content sharing on social media, collecting feedback, and enabling third-party tools.
None
►
Analytical cookies track visitor interactions, providing insights on metrics like visitor count, bounce rate, and traffic sources.
None
►
Advertisement cookies deliver personalized ads based on your previous visits and analyze the effectiveness of ad campaigns.
None
►
Unclassified cookies are cookies that we are in the process of classifying, together with the providers of individual cookies.
None
Powered by