Misli Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Günün ilk matçında “Turan Tovuz” “Zirə”ni qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 1:0. Filip Damyanoviç 90+6-cı dəqiqədə fərqlənib.

Xallarının sayını 11-ə çatdıran meydan sahibləri dördüncü pillədə qərarlaşıb. Bakı klubu 10 xalla beşinci sıradadır.

Günün ikinci görüşündə “İmişli” “Sabah”ın qonağı olacaq.

Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün “Neftçi” “Qəbələ”ni (3:0), “Qarabağ” “Şəfa”nı məğlub edib – 1:0.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *