“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Marko Yankoviç və Mateus Silvanı əsas komandadan kənarlaşdırıb.

 “Sportinfo.az”xəbər verir ki, buna səbəb hər iki futbolçunun Misli Premyer Liqasının X turunda “Qəbələ” ilə keçirilən oyunda (0:0) yaşadığı mübahisə olub.

Belə ki, qarşılaşmanın ilk hissəsində monteneqrolu yarımmüdafiəçi ilə braziliyalı müdafiəçi arasında sözlü münaqişə yaranıb. Komanda yoldaşları tərəfləri sakitləşdiriblər. Qurban Qurbanov isə fasilədə hər iki futbolçunu əvəzləyib.

Baş məşqçi matçdan sonra keçirilən mətbuat konfransında hadisəyə münasibət bildirərək, oyunçuların mütləq cəzalandırılacağını söyləyib.

Məlumata görə, insidentin iştirakçılarından hər biri 20 min dollar məbləğində cərimələnib.

By admin