A. Vuçiç bunu Velika Planadakı “Moravski Konaci” etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkən deyib.
“Bu mənim üçün asan olacaq. Mən ən çox xalqımın arasında olmağa sevinirəm. Öhdəliyim “Karpat təşəbbüsü”nə getmək, Nyu-Yorka səfər etmək və orada bir çox liderlərlə görüşməkdir. Amma geri qayıtmağı və sentyabrın 28-də, istefa verdikdən sonra avtomobilimə minib öz xalqımın arasına qarışmağı səbirsizliklə gözləyirəm”, – Vuçiç bildirib.
Daha əvvəl Aleksandar Vuçiç 27 sentyabrda istefa verəcəyini açıqlayıb. Serbiya Prezidenti sentyabrın 9-da parlamentin buraxılması və oktyabrın 25-də növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.