“Prinsipcə, 14 İran vətəndaşının “persona non grata” (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb”.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında çıxışında qeyd edib.
“Biz etirazımızı açıq şəkildə bildirmişik. Azərbaycan Respublikasının Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə gəldi və etirazımız hər kəsin diqqətinə çatdırıldı. Bütün lazımi tədbirləri görəcək və daha sonra elan edəcəyik”, – deyə o əlavə edib.