“Sumqayıt” futbol klubunun rəhbərliyi və məşqçilər heyəti arasında iclas keçirilib.

Bu barədə “gənclik şəhəri” təmsilçisi məlumat yayıb.

Toplantıda verilən qərara əsasən, İsa Suliman komandanın əsas kapitanı təyin olunub. Vitse-kapitanlar isə Roi Kehat və Höccət Haqverdi olacaq.

Xatırladaq ki, daha əvvəl “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə idi. O, beş ay yaşıl meydanlardan kənarda qalacaq.

Yarımmüdafiəçi “Neftçi”yə qarşı Misli Premyer Liqasının I turunun qarşılaşmasının 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *