90-cı illərdə Ermənistan Müdafiə Nazirliyində müxtəlif yüksək vəzifələr tutmuş və ölkədə Rusiya hərbi qüvvələrinin yaradılması ideyasının müəlliflərindən biri olan general-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina edib.
Bunu o, “İravunk”a müsahibəsində deyib. 

“Moskvada konsulluğa gedib Ermənistan pasportumu qaytardım”, – general-leytenant vurğulayıb.

Norat Ter-Qriqoryants bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin həyata keçirdiyi siyasətə etiraz olaraq bu addımı atıb.

“Bir daha Ermənistana gəlməyəcəyəm. Bu qədər”, – o qeyd edib.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *