Xalq artisti Röya Ayxanın səhnədə operatora qarşı davranışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yayılan görüntülərdə sənətçinin çıxışı zamanı operatora yaxınlaşaraq onun arxa nahiyəsinə şillə vurduğu görünür.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.