Onlardan biri Əməkdar artist, tanınmış diktor, teleaparıcı və jurnalist Nailə İslamzadədir. O, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Tanınmış teleaparıcı, media araşdırmaçısı və sənətşünas alim Elçin Əlibəyli hazırda Baku TV telekanalında müəllif və aparıcı kimi fəaliyyət göstərir. E.Əlibəyli “Tərəqqi” medalına layiq görülüb.
Tanınmış teleaparıcı və aktrisa Mətanət Əliverdiyeva isə hazırda Xəzər TV-də çalışır. O, telekanalda yayımlanan populyar “Xəzər axşamı” verilişinin aparıcısıdır. M.Əliverdiyeva “Tərəqqi” medalı ilə təltif olunub.
Təltif olunanlar arasında Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) nəzdindəki Teleradio Akademiyasının rektoru Almaz Mahmud da var. O da “Tərəqqi” medalına layiq görülüb.
Şakir Eminbəyli tanınmış Azərbaycan media meneceri, jurnalist, sənət qalereyasının təsisçisi və ictimai xadimdir. O, əvvəllər AzTV-nin baş prodüseri, “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi kimi çalışıb. Ş.Eminbəyli 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Əməkdar incəsənət xadimi, yazıçı və publisist Orxan Fikrətoğlu da təltif olunanlar arasındadır. O, hazırda mədəniyyət naziri Adil Kərimlinin müşaviri vəzifəsinə təyin olunub. O da 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb.