İrana hücum üçün ABŞ-a kömək edən hər bir ölkə raketlərin hədəfi olacaq.

Bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.

“İranın Hörmüz boğazı üzərindəki suverenliyinin pozulması qəbuledilməzdir”, – o bildirib və hazırda ABŞ-la danışıqların aparılmadığını xatırladıb.

Ə. Nikzadın sözlərinə görə, beynəlxalq təsisatlarda İsrail və ABŞ-ın maraqlarına yönəlmiş qətnamələr sülhə yox, müharibəni alovlandırmağa xidmət edir:

“Silahlı Qüvvələr İrana hücum etmək üçün regiondan sui-istifadə edilməsinə icazə verməyəcək”.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *