Türkiyənin Malatya bölgəsinin Battalqazi rayonunda 5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxt ilə saat 07:20-də qeydə alınıb.

Zəlzələnin ocağı 15.59 kilometr dərinlikdə olub.

Seysmik hadisə Elazığ, Adıyaman, Tunceli və Şanlıurfada da hiss olunub.

İtki və dağıntı barədə hələlik məlumat yoxdur.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *