Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərini təhvil verə bilməz, çünki bu, onun öz hava hücumundan müdafiə sistemini ciddi şəkildə zəiflətmək riskini yaradır.
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Alman nazirin sözlərinə görə, indiki şəraitdə “Patriot” sistemləri Almaniyanın özünə lazım olduğundan Ukraynaya verməkdə çətinlik çəkir. “Almaniya artıq o Ukrayna üçün bir neçə sistem və çoxsaylı idarə olunan raketlər tədarük edib. Bundan artıq bir şey edə bilmərik”, – nazir Pistorius qeyd edib.
Almaniyalı nazir digər ölkələrin bu məsələdə daha aktiv olmasını təklif edib.
Pistorius Ukraynada tez bir zamanda atəşkəs əldə etmək perspektivlərinə şübhə ilə yanaşdığını bildirib. Bununla belə, müdafiə naziri Moskvanın bəyan etdiyi məqsədlərə çata bilməyəcəyinə ümid edir. “Rusiyanın qışda mülki hədəflərə hava zərbələri endirməklə müharibənin gedişatını öz xeyrinə dəyişə biləcəyinə inanmıram. Yerdə Rusiya silahlı qüvvələri heç bir irəliləyiş əldə etmir və onların itkiləri çox böyükdür. Ayda 30-40 min arasında əsgər itirir”, – deyə Boris Pistorius əlavə edib.