İsrailin ABŞ Prezidenti Donald Trampın  tələbi ilə İrana hücumları dayandırıb.

Bu barədə “Channel 12” telekanalı İsrailin yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Kanalın verdiyi məlumata görə, əgər Hizbullahın İsrail şəhərlərinə hücumları davam edərsə, İsrail Beyrutun cənub ətraf ərazilərinə zərbələr endirəcək.
Həmçinin qeyd olunur ki, İsrailin Livanın cənubuna endirdiyi zərbələr qarşıdakı günlərdə də tam gücdə davam edəcək.

“Reuters”in məlumatına görə,  İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp bazar ertəsi telefonla danışıblar. Söhbət  zamanı Trampın İsraildən İrana qarşı hücumlaır dayandırması tələb olunub.

Telefon danışığı Trampın sosial mediada İsrail və İranın dərhal atəşkəs istədiyini bildirməsindən əvvəl baş tutub.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *