Baş nazir Əli Əsədov martın 12-də Azərbaycanda səfərdə olan Timor-Leste Prezidenti Jose Ramos-Horta ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Timor-Leste Prezidentinin 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Timor-Leste arasında beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *