Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın son durumu açıqlanıb.
Yaxınlari bildirib ki, onun müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Terapiya şöbəsində davam etdirilir.
“Vəziyyəti stabildir. Həkimlər deyirlər ki, müsbətə doğru dəyişikliklər var. Müalicəsi xəstəxanada davam edəcək”, – Milli Qəhrəmanıın yaxınları söyləyib.
Qeyd edək ki, noyabrın 7-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Səmayə xanımı müalicə aldığı xəstəxanada yenidən ziyarət edib. Şəhər rəhbəri onun sağlamlıq vəziyyəti ilə maraqlanıb, tezliklə sağalmasını arzulayıb.