Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür.

Taxılın ümumi çəkisi 1 023 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *