Azərbaycan millisinin boksçusu Nəbi İsgəndərov (70 kq) Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.

Bu barədə   Azərbaycan Boks Federasiyasından bildirilib.

Yarışın ikinci günündə mübarizəyə qoşulan idmançı 1/4 finalda Çexiya təmsilçisi Kelvin Sokessa ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanaraq özü üçün azı bürünc medalı təmin edib.

O, dekabrın 1-də final uğrunda özbəkistanlı Abdullah Madaminovla döyüşəcək.

Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarımfinala adlayıb.

By admin