Misli Premyer Liqasının 13-cü turunda daha bir oyun keçirilib.

   “Şamaxı” doğma meydanda “Qəbələ”ni qəbul edib.

Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Ayman Bouali (11) və Edqar Adilxanov (61) rəqib qapısından keçiriblər.

Bu nəticədən sonra “Şamaxı” 17 xalla yeddinci pillədə qərarlaşıb. 11 xala malik “Qəbələ” isə doqquzuncudur.

Xatırladaq ki, daha əvvəl baş tutan oyunlarda “Şəfa” “İmişli”yə (3:1), “Neftçi” “Zirə”yə (1:0), “Turan Tovuz” “Kəpəz”ə (2:1), “Sabah” isə “Araz-Naxçıvan”a (2:0) qalib gəlib.

By admin