“Rusiya Avropa İttifaqı ilə ciddi dialoqa hazırdır, lakin bunun üçün onlar vahid mövqe ortaya qoymalıdırlar”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O deyib ki, Moskva hər zaman bütün ciddi və konstruktiv məsələlərin müzakirəsinə hazırdır. “Bunu dəfələrlə bəyan etmişik. Ən çətin vəziyyətlərdə belə bu məsələləri danışıqlar masasında həll etməyi təklif etdik. Həmin danışıqlar masasından çəkilən Avropa İttifaqı özü oldu”.
Rusiya XİN-in nümayəndəsi Avropaya çağırış da edib.

“Qoy məsələləri əvvəlcə öz aralarında həll etsinlər və vahid bir mövqe ortaya qoysunlar: ya çoxluğun mövqeyi, ya da azlığın mövqeyini. Onlar bunu elan edəcək və ondan sonra bu barədə ciddi müzakirə aparacağıq”, – M.Zaxarova söyləyib.

By admin