Azərbaycanın ikiqat paralimpiya çempionu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-pridə iştirak edəcək.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

+95 kq çəki dərəcəsində çıxış edən idmançı J1 kateqoriyasında mübarizə aparacaq.

Onu noyabrın 21-də yarışa baş məşqçi İbrahim İbrahimov çıxaracaq.

By admin