“Real Madrid” Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2032-ci ilin yayına qədər uzadıb.

Yeni müqavilə ilə Ardanın maaşı da artırılıb.

Ardanın əvvəlki müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə idi.

Qeyd edək ki, Arda Gülər 2023-cü ildə “Fənərbaxça”dan “Real”a keçib.

By admin