Bu barədə İspaniyanın “Diario AS” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 23 yaşlı futbolçunun “kral klubu” ilə yeni əmək müqaviləsi 2031-ci ilin yayına qədərdir.
Qeyd olunur ki, yenilənmiş müqavilədə maliyyə vəziyyətinin yaxşılaşdırılması və yarımmüdafiəçinin maaşının artırılması nəzərdə tutulur ki, bu da iddialara görə, onun oyuna təsir səviyyəsinə və Joze Mourinyonun taktiki düzülüşlərindəki əsas roluna tam uyğundur.
Bellinqem 2023-cü ilin yayında “Borussiya Dortmund”dan 103 milyon avroya Madrid nəhənginə keçib. Yarımmüdafiəçi “Real”da Çempionlar Liqasını, İspaniya çempionluğunu və UEFA Super Kubokunu qazanıb.