Həkim Katsuo Takahaşinin rəhbərlik etdiyi tədqiqat qrupu dişlərin inkişafını məhdudlaşdıran USAG-1 zülalına təsir edən preparat hazırlayıb. Alimlər bu zülalın fəaliyyətini bloklamaqla orqanizmin yeni dişlər formalaşdırmaq potensialını aktivləşdirməyə çalışırlar.
Heyvanlar üzərində aparılan ilkin sınaqlar ümidverici nəticələr verib. Bu nəticələr preparatın insanlar üzərində sınaqdan keçirilməsi üçün zəmin yaradıb.
Diqqətçəkən məqam odur ki, tədqiqatın ilkin mərhələsində əsas diqqət anadangəlmə diş çatışmazlığı olan insanlara yönəldilib. Başqa sözlə, preparatın ilkin məqsədi travma və ya kariyes nəticəsində dişlərini itirənlərə deyil, doğuşdan bəzi dişləri olmayan şəxslərə kömək etməkdir.