Beynəlxalq onkoloq-alimlər qrupu bədxassəli şiş hüceyrələrinin öz DNT-sini yenidən yazaraq müalicədən “qaçmaq” mexanizmini tam təfərrüatı ilə aşkar ediblər. Tədqiqatlar göstərir ki, xərçəng hüceyrələri kimyaterapiya və immunoterapiya zamanı genetik strukturunu dəyişərək müqavimət qazanır və təkrar yaranma riskini artırır.
Alimlər bu genetik zənciri kəsən və xərçəng hüceyrələrinin müdafiə qabığını zəiflədən yeni molekulyar tərkib hazırlamağa müvəffəq olublar.
Yeni üsul sayəsində ən aqressiv şiş növlərinin belə mövcud dərmanlara qarşı həssaslığı 3 dəfə artır ki, bu da onkologiyada müalicə effektivliyini köklü şəkildə dəyişdirə bilər.