Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

 

Bu barədə ölkənin XİN başçısı Anita Anand G7 ölkələrinin xarici işlər nazirlərinin Parisdə keçirilən görüşünün kuluarlarında bildirib.

Beləliklə, Kanada Rusiyanın hərbi potensialını daha da məhdudlaşdırmaq məqsədilə bu ölkənin daha 38 hüquqi və 24 fiziki şəxsini sanksiya siyahısına daxil edib. Bu tədbirlər Rusiyanın hərbi iqtisadiyyatını dəstəkləməyə kömək edən maliyyə vasitəçilərini, xüsusilə kriptovalyuta birjalarını hədəf almaqla onun iqtisadi xərclərini artırmağa yönəlib.

“Ukraynaya dəstəyimiz sarsılmazdır və Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyik”, – o vurğulayıb.

By admin