“2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb”.

Bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.

“Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Biz referendum keçirdik və onun nəticələri saxtalaşdırılmasaydı, səsvermə uğurla nəticələnməzdi. Bunu demək lazımdır. Səslərin fərqi o qədər cüzi idi ki, fikrimcə, Slovakiyanın bu təşkilata üzvlüyünün təsdiqlənməsi üçün müəyyən düzəlişlər edilib”, – deyə o bildirib.

Bununla yanaşı, Fitsonun sözlərinə görə, referendum keçirilən zaman Slovakiyada hakimiyyətdə olan partiyalar, eləcə də özünün təmsil etdiyi siyasi qüvvə ölkənin Aİ-yə üzvlüyünü dəstəkləyib.

Xatırladaq ki, Slovakiyanın Aİ-yə üzvlüyü ilə bağlı referendum 2003-cü ilin mayında keçirilib. Seçicilərin 52 faizi səsvermədə iştirak edib və onların böyük əksəriyyəti ölkənin Avropa İttifaqına qoşulmasının lehinə səs verib.

By admin