Tədbir zamanı sərnişinlərə və iştirakçılara kiçik kağız vərəqlərində Qələbə ilə bağlı ən səmimi ürək sözlərini və arzularını qələmə almaq, daha sonra isə onları mərkəzi hissədə quraşdırılmış lövhənin üzərinə yapışdırmaq imkanı yaradılıb.
Aksiyanın əsas məqsədi xalqımızın dəmir yumruq ətrafında formalaşan həmrəyliyini bir daha nümayiş etdirməkdir. Eyni zamanda, Vətən müharibəsində tarixi qələbə qazandıran Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərimizə, eləcə də qazilərimizə sonsuz minnətdarlığı ifadə etmək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək hədəflənib.
Geniş maraq doğuran bu tədbirdə ziyalılar, şəhid ailələri, qazilər, ictimai fəallar, eləcə də paytaxtımızın sakinləri və xarici qonaqlar yaxından iştirak ediblər.
Xatırladaq ki, bundan əvvəl aksiya metronun “İçərişəhər” stansiyasında keçirilib.