Rəqabət mühitinin ölçülməsi və bazarlardakı çağırışların düzgün müəyyən edilməsi növbəti mərhələdə həmin çağırışlara uyğun siyasət tədbirlərinin həyata keçirilməsini şərtləndirir. Bu baxımdan əsas istiqamətlərdən biri dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın gücləndirilməsi, xüsusilə dövlət iştirakının yüksək olduğu və təbii inhisar xüsusiyyəti daşıyan sahələrdə rəqabət imkanlarının genişləndirilməsidir.

Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib.

O bildirib ki, təbii inhisar sahələri ölkə iqtisadiyyatının geniş və strateji əhəmiyyətli hissəsini əhatə etməklə enerji, nəqliyyat, rabitə və digər baza infrastruktur xidmətlərinin davamlı fəaliyyətini təmin edir:

“Bu sahələrdə müəyyən fəaliyyətlərin təbii inhisar şəraitində həyata keçirilməsi iqtisadi və texnoloji baxımdan zəruri ola bilər. Bununla yanaşı, həmin sahələr üzrə fəaliyyət istiqamətlərinin xüsusiyyətlərindən asılı olaraq rəqabət imkanlarının mövcudluğu da nəzərə alınmalıdır”.

“Buna görə Milli Fəaliyyət Planı bir tərəfdən dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın qiymətləndirilməsini, digər tərəfdən isə rəqabətin mümkün olduğu fəaliyyətlərin müəyyən edilərək rəqabətli bazar modelinə mərhələli keçid imkanlarının araşdırılmasını nəzərdə tutur. Məqsəd dövlətin iqtisadi fəaliyyəti ilə bazarın ehtiyacları və iqtisadi inkişaf məqsədləri arasında tarazlıq yaratmaqdır”, – deyə sədr əlavə edib.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *