Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 65,2 milyon manat vergi daxil olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7%, proqnozdan isə 8,6 % çoxdur.

10 aylıq vergi daxilolmalarının 11 milyard 776,4 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,1%, proqnozdan isə 2,6% çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.

By admin