Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti qolunu vurub.

 29 yaşlı hücumçu Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda da fərqlənməyi bacarıb.

M.Emreli 88-ci dəqiqədə adını tabloya yazdırıb. O, komandasının bərabərlik qoluna imza atıb – 2:2.

Xatırladaq ki, tərəflər arasındakı ilk qarşılaşma da 2:2 hesabı ilə bitib. Mahir Emreli həmin görüşdə də fərqlənmişdi.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *