Fransanın “Havr” klubu “Qalatasaray”ın müdafiəçisi Elias Yelertin icarə əsasında transfer edib.

Klubun rəsmi saytının məlumatına görə, 23 yaşlı danimarkalı Fransa komandasında 12 nömrəli forma ilə çıxış edəcək.

5 milyon avro bazar dəyəri olan futbolçu ötən mövsümü icarə əsasında İngiltərənin “Sauthempton” klubunda keçirib. Elias bütün turnirlərdə çıxdığı 11 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *