Saatlı Peşə Liseyinə tərbiyə işləri üzrə direktor müavini təyin edilib.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı mübafiq əmr imzalayıb.

Əmrə əsasən, Pünhan Əlizadə adıçəkilən təhsil müəsissəsinin direktor müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, o, 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat-informatika” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib.

Əmək fəaliyyətinə 2002-ci ildə Saatlı rayonu M.Əzizbəyov adına 2 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. 2006–2007-ci illərdə Saatlı Rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb.

2014–2020-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsində məsləhətçi, 2020–2021-ci illərdə Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunda məsləhətçi vəzifəsində fəaliyyət göstərib.

2022-ci ildən 2024-cü ilədək Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun metodik kabinetinin müdiri vəzifəsində çalışıb.

6 yanvar 2025-ci ildən Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu Nabatkənd kəndi İ.Ağayev adına tam orta məktəbində müəllim kimi fəaliyyət göstərir.

 

 

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *