İslam Maxaçev UFC 330 turnirində İan Maçado Gerriyə qalib gələrək ardıcıl 17-ci qələbəsini qazanıb.

Qarşılaşma Filadelfiyadakı “Xfinity Mobile Arena”da keçirilib.

Maxaçev beş raundluq döyüşdə rəqibini hakimlərin yekdil qərarı ilə məğlub edib.

34 yaşlı döyüşçü bu nəticə ilə UFC-də ardıcıl qələbə sayında yeni rekord müəyyənləşdirib. O, Anderson Silvanın 16 döyüşlük rekordunu geridə qoyub.

Qeyd edək ki, Mahaçevin ardıcıl qələbələr seriyası 2016-cı ilin sentyabrında başlayıb.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *