Bunu İran Ordusunun Quru Qoşunlarının komandanı Əli Cahanşahi deyib.
“İrana Amerika hərbçisinin ayağı dəysə, onu kəsərik, düşmənin hər hansı addımına qətiyyətli və çəkindirici cavab verəcəyik”, – Ə. Cahanşahi bildirib.
O, cənub-şərq bölgələri və Məkran sahillərində ordunun döyüş qabiliyyətinə baxış keçirib və vurğulayıb ki, hərbçilər istənilən təhdidin qarşısını ala bilərlər:
“Çevik reaksiya bölmələrinin və xüsusi təyinatlı qüvvələrin sərhəd bölgələrində təsirli iştirakı davamlı təhlükəsizliyin təmin olunmasına səbəb olub.
Silahlı qüvvələrin hazırlığı və İran xalqının döyüşçülərə dəstəyi düşmənlərin hesablamalarını iflasa uğradıb”.