Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq qərarına əsasən 5 il müddətinə akkreditasiya olunub.

Bu qərar universitetdə tədrisin keyfiyyətinin, idarəetmə sisteminin və təhsil standartlarının müəyyən edilmiş tələblərə uyğun qiymətləndirildiyini təsdiq edir. Akkreditasiya MDU-nun təhsil sahəsində fəaliyyətinin davamlı inkişafına və gələcək uğurlarına mühüm töhfə verəcək.

Bu münasibətlə Mingəçevir Dövlət Universitetinin rəhbərliyini, professor-müəllim heyətini, tələbələrini və məzunlarını təbrik edir, universitetə gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *