Hindistan bayrağı altında üzən “Virat 1” (MSV) yelkənli gəmisi Oman sahillərində, Ras əl-Haddan 80 dəniz mili şərqdə batıb.

Gəminin göyərtəsində 14 Hindistan vətəndaşı olub.

Məlumata görə, operativ xilasetmə əməliyyatı zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8” patrul təyyarəsi gəminin yaxınlığına xilasedici sal atıb və göyərtədəkiləri təxliyə edib.

ABŞ Hərbi Dəniz Qüvvələri, həmçinin yaxınlıqdakı Sent-Kits və Nevis bayraqlı “MV Jabal Ali 9” ticarət gəmisinin heyəti ilə yardım fəaliyyətlərini əlaqələndirərək göyərtədə olanların hamısı xilas edilib.

Gəminin texniki nasazlıq səbəbindən batdığı ehtimal olunur.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *