Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu finalda ev sahibi Laşa Şavdatuaşviliyə uduzub.

Bununla da o karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalına sahib çıxıb.

Təmsilimiz daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda Dayyan Boulemtafes (Fransa), yarımfinalda isə Bilal Çiloğlunu (Türkiyə) məğlub etmişdi.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb

73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasa (Yunanıstan) ipponla qalib gəlib.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 idmançıdan ikisi – Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *