Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə həmkəndlisini – 49 yaşlı Ceyhun Rzayevi vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *