Abşeron rayonu ərazisi bayram tədbirləri ilə bağlı bəzədiləcək.
Abşeron Rayon İcra Hakimiyyəti bununla bağlı mal-materialların satın alınması ilə bağlı hazırlıqlara başlayıb.
Bəzədilmə işlərinə 406 min 473 manat xərclənməsi nəzərdə tutulub.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti ötən il bayram tədbirləri ilə bağlı Abşeron ərazisinin bəzədilməsinə 97 min 351 manat ayırmışdı.