Bakının Sabunçu rayonunda yerləşən kafelərdən birində kütləvi dava baş verib. Hadisə zamanı ata və oğlu bıçaq xəsarətləri alıblar.

 İnsident Bakıxanov qəsəbəsində qeydə alınıb.

Dava zamanı iştirakçılardan paytaxt sakini, 1972-ci il təvəllüdlü T.Məmmədov və onun oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

By admin