ABŞ-nin nüfuzlu Memorial Sloan Kettering Xərçəng Mərkəzinin (MSK) alimləri BRCA2 gen mutasiyasına malik xərçəng hüceyrələrinin sağ qalmasını təmin edən indiyədək naməlum olan DNT təmir mexanizmini aşkar ediblər.
Alimlər müəyyən ediblər ki, sözügedən zülal kompleksi həm EXO1 fermentinin DNT boşluqlarını böyütməsinin qarşısını alır, həm də həmin zədələri bərpa etmək üçün “POL-zeta” adlı xüsusi fermenti işə salır. Tədqiqatçılar laboratoriya şəraitində bu müdafiə mexanizmini blokladıqda xərçəng hüceyrələrinin DNT zədələri nəzarətdən çıxıb və şiş hüceyrələri kütləvi şəkildə öz-özünü məhv edib.
Mütəxəssislər bildirirlər ki, bu kəşf hazırda standart müalicə üsulu sayılan və zamanla xərçəng hüceyrələrinin müqavimət qazandığı PARP inhibitorlarına güclü alternativ yaradır. Yeni tapılan mexanizmi hədəf alan dərmanların hazırlanması yaxın illərdə ən aqressiv şiş növlərinin belə tam müalicəsində inqilabi dönüş yaradacaq.