Gəncə şəhər stadionunda Misli Premyer Liqasının XII turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” oyunu start götürüb.
Qarşılaşmadan əvvəl topa ilk rəmzi toxunuşu “Kəpəz”in tarixi uğurlarında böyük pay sahibi olan Mehman Allahverdiyev edib.
O, Gəncə təmsilçisi ilə üç dəfə Azərbaycan çempionu, dörd dəfə isə ölkə kubokunun qalibi olub.
Hazırda davam edən görüşü tribunalardan 16 minə yaxın azarkeş izləyir. Matçda hələ hesab açılmayıb.