Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 520,9 milyon manat dəyərində məhsul istehsal edilib.
Bu barədəDövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 50,9 faiz
artım qeydə alınıb.
Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 3,6 faiz, geyim istehsalında isə 16,6 faiz azalma müşahidə olunub.