Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, məhdudiyyət səbəbindən 20 noyabr saat 00:00-dan 06:00-dək 6 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək.
– H1 nömrəli avtobuslar şəhər istiqamətində Zığ şosesi – 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Puşkin küçəsi ilə;
– 140 və 150 nömrəli avtobuslar Zığ şosesi – Gəncə prospekti – Qara Qarayev prospekti ilə;
– 163, 189 və M8 nömrəli avtobuslar Mübariz İbrahimov, Əsildar Məmmədəliyev, Asif Əsədullayev, Yavər Əliyev və Bəşir Bünyadov küçələri ilə hərəkət edəcək.
22 noyabr saat 00:00-dan 05:45-dək 6 marşrutun hərəkəti yenidən alternativ küçələrlə təşkil olunacaq.
– 140, 150 və H1 nömrəli avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla, Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələri ilə;
– 163, 189 və M8 nömrəli avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla, Yavər Əliyev, Asif Əsədullayev küçələri ilə hərəkət edəcək.