Şəhərlərarası (rayonlararası) istiqamətlərdə hərəkətdə olan qatar ADY-nin məsuliyyətində olduğu müəyyən edilmiş hər hansı texniki və ya əməliyyat səbəblərindən gecikmə ilə çatdıqda sərnişinlərə biletin dəyərinin müəyyən hissəsi geri qaytarılacaq.

Bu barədə  sorğusuna cavab olaraq  “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd olunub ki, biletin dəyərinin qaytarılan hissəsi aşağıdakı qaydada həyata keçiriləcək:

– Gecikmə 1 saatdan 2 saatadək olduqda biletin dəyərinin 25%-i;
– Gecikmə 2 saatdan 4 saatadək olduqda biletin dəyərinin 50%-i;
– Gecikmə 4 saatdan çox olduqda biletin dəyərinin 100%-i.

“Qatarın gecikməsinə hər hansı təbiət hadisəsi, o cümlədən güclü külək, sıx duman, leysan, subasma və digər təbiət hadisələri, qatarın qarşısına qəfil insan və ya digər maneələrin çıxması, kənar müdaxilələr, habelə ADY-nin məsuliyyətinə aid olmayan digər fövqəladə və qarşısıalınmaz hallar səbəb olduqda biletin dəyərinin geri qaytarılması nəzərdə tutulmur”, – deyə açıqlamada vurğulanıb.

Qurumdan bildirilib ki, kompensasiya Abşeron dairəvi dəmiryol xətti ilə hərəkət edən qatarlara şamil edilmir.

By admin