Fransada davam edən etirazlar fonunda pirotexniki vasitələrin satışı və istifadəsi müvəqqəti olaraq qadağan edilib.

Müvafiq qərar ölkənin hüquqi sənədlər portalında dərc olunub.

Qadağa noyabrın 27-si də daxil olmaqla qüvvədə olacaq və Fransanın bütün ərazisini əhatə edəcək. Sənəddə qeyd olunur ki, tədbir ictimai asayişin ciddi şəkildə pozulması riskinin qarşısını almaq məqsədi daşıyır.

Qərarın qəbul edilməsinə lisey və universitetlərin qarşısında davam edən blokadalar, eləcə də etiraz aksiyaları zamanı pirotexniki vasitələrdən və fişənglərdən istifadə edilməsi səbəb olub.

Qadağa müvafiq lisenziya və icazələrə malik mütəxəssislərə, həmçinin dövlət qurumlarına şamil edilmir. Sənəd noyabrın 14-də qüvvəyə minib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 14-də ölkə üzrə etiraz aksiyalarına 106 min nəfər qatılıb. Onlardan 24 mini Parisdə iştirak edib.

Nazirliyin məlumatına əsasən, saat 18:00-dək (Bakı vaxtı ilə 21:00) ölkə üzrə 219 nəfər saxlanılıb, 10 polis əməkdaşı isə yüngül xəsarət alıb.

Fransada qiymət artımına qarşı kütləvi etirazlar sentyabrın sonundan keçirilir.

By admin