TƏBİB-dən bildirilib ki, bədənin müxtəlif nahiyyələrinin termiki yanığı və sağ bud nahiyyəsinin parçalanmış və didilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və əməliyyat edildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
1986-cı il təvvəlüdlü şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumata əsasən, bu gün Ağstafa rayonunun Çeyrançöl ərazisində sursat partlayışı hadisəsi baş verib. Qazax rayonu Dəmirçilər kənd sakini 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonu Daşsalahlı kənd sakini 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.
Hadisə nəticəsində İbrahimov Rəsul aldığı xəsarətlərdən həlak olub, Əmrahov Sahib isə xəsarət allb.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.