Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində məlumat verib.
Yoxlama zamanı gəminin saxta bayraq altında hərəkət etdiyi müəyyən edilib.
Kallas bildirib ki, Aİ həm dənizdə, həm də diplomatik vasitələrlə Rusiyanın “kölgə donanması”na qarşı mübarizəni davam etdirmək niyyətindədir.
Onun sözlərinə görə, bazar ertəsi Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiya məhdudiyyətlərini təsdiqləməyi planlaşdırırlar. Sanksiya siyahısına bankların, Rusiya neftinin alıcılarının və “kölgə donanması”na dəstək göstərən şirkətlərin daxil edilməsi nəzərdə tutulur.