Onlar 38 yaşlı Sadiq Niftullayev, həyat yoldaşı 31 yaşlı Camalə Niftullayeva, övladları 13 yaşlı Ş.N., 11 yaşlı T.N., 9 yaşlı M.N., 7 yaşlı Z.N., 5 yaşlı M.N., 3 yaşlı Ə.N. və 1 yaşlı X.N.-dir.
Ailə üzvləri səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Tibb müəssisəsindən bildirilib ki, ailəyə ilkin tibbi yardım göstərilməsi və müalicənin aparılması təklif olunsa da, onlar bundan imtina edərək xəstəxananı öz istəkləri ilə tərk ediblər.
Məlumata görə, ailə başçısı həyat yoldaşı və uşaqları ilə eyni palatada yerləşdirilmələrini, övladlarına göstərilən tibbi xidmətin özünün nəzarəti altında həyata keçirilməsini tələb edib.
Ailənin müalicədən imtina etməsi ilə bağlı müvafiq akt tərtib olunaraq aidiyyəti üzrə göndərilib.
***
Lənkəran rayonunda kütləvi zəhərlənmə olub
Hadisə rayonun Osaküçə kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakinləri olan bir ailənin 3-ü uşaq olmaqla 9 üzvü səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət edib.
Göstərilən tibbi yardımlardan sonra onlar günorta saatlarında öz istəkləri ilə xəstəxanadan evə buraxılıblar.
Bildirilib ki, həmin ailənin üzvləri ev şəraitində hazırlanmış pomidor turşusu yedikdən sonra səhhətlərində problem hiss ediblər.