Bu sözləri UNESCO-nun Baş direktorunun müavini Asa Regner “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.
O qeyd edib ki, davamlı sülh uşaqlardan və məktəbə yeni qədəm qoyan şagirdlərdən başlayır. Buna görə də məktəblər elə məkanlar olmalıdır ki, uşaqlar və şagirdlər burada yalnız bilik əldə etməsinlər, eyni zamanda, tənqidi düşünməyi və bir-birlərinə hörmət etməyi də öyrənsinlər. “UNESCO mədəniyyətlərarası dialoqu sülh və dünyanın hər yerində insanlar üçün real, praktik bir qüvvəyə çevirmək məqsədilə Azərbaycan və bütün tərəfdaşları ilə əməkdaşlığını davam etdirəcək”, – deyə Asa Regner qeyd edib.